ABŞ ordusunun İranla davam edən qarşıdurma fonunda raketdən müdafiə sistemləri üçün sursat ehtiyatının ciddi şəkildə azaldığı bildirilir.

Metbuat.az xəbər verir ki, CNN-ə danışan mənbələr ABŞ ordusunun əsas müdafiə sistemlərində istifadə etdiyi raketlərin böyük hissəsini tükətdiyini açıqlayıb. Məlumata görə, müharibənin əvvəlindən bəri “THAAD” sistemləri üçün tutucu raketlərin təxminən 80 faizi, “Patriot” raketlərinin isə yarısı istifadə olunub. Pentaqonun hesabatları ilə tanış mənbə ABŞ ordusunun münaqişə zamanı yüksək dəqiqlikli, uzaqmənzilli yer-hava raketlərinin demək olar ki, hamısından istifadə etdiyini bildirib. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesablamalarına görə, qarşıdurma başlamazdan əvvəl ABŞ arsenalında təxminən 2200 “Patriot” və 452 “THAAD” raketi olub.

Qeyd edək ki, sursat ehtiyatlarının azalması məsələsi ötən həftəsonu ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hücumları təxirə salmaq qərarından əvvəl yenidən gündəmə gəlib.