Tərtərdə fərdi evinin yanması nəticəsində 2 nəfər ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, yanğın zamanı ev sahibləri Hüseynova Adilə Soltan qızı və onun həyat yoldaşı Səmədov Əsgər Vəli oğlu yanaraq dünyaların dəyişiblər.

Faktla bağlı araşdırma başlanıb.