Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 529,7 milyon dollar təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb.
Hesabat dövründə ölkədən Çexiyaya ixrac 499 milyon dollar təşkil edib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 30,6 milyon dollar olub.