Bu ilin iyul ayında Ukraynada cəbhə xəttində döyüşlərin intensivliyi yüksək səviyyədə davam edib.

Metbuat.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata əsasən, ay ərzində ümumilikdə 7 922 döyüş toqquşması qeydə alınıb. Bu isə orta hesabla hər gün 250-dən artıq döyüşün baş verməsi deməkdir.

Məlumatda həmçinin qeyd olunur ki, Rusiya ordusu iyul ayında indiyədək rekord sayda – 8 300-dən çox idarəolunan aviasiya bombası tətbiq edib.

Ukrayna tərəfi hesab edir ki, bu göstəricilər ötən ay döyüş əməliyyatlarının gərginliyinin daha da artdığını göstərir.