Ağsuda “Audi” markalı minik avtomobili yanıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumatına görə, hadisə rayonun Dilman kəndi ərazisində baş verib.

Yanğın yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı Rəhmanov Vaqif Əliyar oğluna məxsus “Audi Q7” markalı minik avtomobilinin yanar konstruksiyaları tamamilə yanıb.

Alov söndürülüb.