İsmayıllı şəhərində 10 tondan artıq çətənə kolu məhv edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a məlumat verilib.
Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 10 ton 135 kiloqram olan 5126 ədəd çətənə kolu məhv edilib.