Rusiyanın "Şoçi" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi transfer etdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında bağlanan sözləşmənin müddəti 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulub.

Şeydayev yeni komandasında 7 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Ramil Şeydayev son olaraq Azərbaycanda "Qarabağ"ın formasını geyinib.