“Qalatasaray” Barış Alper Yılmazın mümkün gedişinə hazırlaşır.

Metbuat.az xəbər verir ki, Türkiyə klubunun ingiltərə və Fransa komandalarının maraq göstərdiyi futbolçunun ayrılması halında iki transfer etməyi planlaşdırdığı bildirilir. “Türkiye Gazetesi”nin məlumatına görə, “Qalatasaray” Barış Alper Yılmazın yerinə “Milan”ın futbolçusu Rafael Leaonu satınalma şərti ilə icarəyə götürməyi planlaşdırır.

Klub rəhbərliyi Barış Alper Yılmazın satışından əldə olunacaq gəlirin bir hissəsini Can Uzunun transferinə yönəltmək niyyətindədir. İddialara görə, “Qalatasaray” “Ayntraxt Frankfurt”da çıxış edən 10 nömrə mövqeyindəki futbolçunu təxminən 35 milyon avroya heyətinə qatmağı hədəfləyir. Bildirilir ki, Almaniya klubu daha əvvəl Can Uzun üçün 60 milyon avro tələb etsə də, sonradan qiyməti 40 milyon avroya endirib.