“Barselona” Viktor Osimheni transfer etməkdə maraqldır.

Metbuat.az xəbər verir ki, həm “Qalatasaray”, həm də nigeriyalı hücumçu mümkün transferə müsbət yanaşır. İspaniyanın “Sport” nəşrinin məlumatına görə, “Barselona” ilə yanaşı “Tottenhem” klubu da Osimheni transfer etmək istəyir. Bildirilir ki, futbolçu son həftələrdə transferə hazır olduğunu nümayiş etdirib və “Qalatasaray” da ayrılığa qarşı deyil. Kataloniya klubunun Osimheni təxminən 75 milyon avroya transfer edə biləcəyi qeyd olunur. Lakin futbolçunun yüksək maaşı mümkün keçidin qarşısındakı əsas maneə kimi göstərilir.

Məlumatda həmçinin “Qalatasaray”la Osimhen arasında yaşandığı iddia edilən son vergi mübahisəsinə də toxunulub.