“Qalatasaray” azarkeşləri “Rennes”lə yoldaşlıq oyunundan əvvəl klub prezidenti Dursun Özbekin rəhbərliyinə etiraz ediblər.
Metbuat.az xəbər verrir ki, transfer dönəmində indiyədək aktivliyi ilə seçilməyən İstanbul təmsilçisi yalnız “Börnli”dən Lesli Uqoçukvunu icarə əsasında heyətinə qatıb.
“Rennes”lə yoldaşlıq görüşü zamanı azarkeşlər “Transferlər haradadır, Dursun Özbek?” şüarını səsləndirərək rəhbərliyə etirazlarını bildiriblər.