İstanbulun “Qalatasaray” klubu gənc ulduz Barış Alper Yılmazla yollarını ayıra bilər.

Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib.

Yerli mətbuatın yazdığına görə, İngiltərə nəhəngləri “Tottenham”, “Fulham” və “Everton” 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Bu keçidin reallaşması üçün klub rəhbərliyinin ingilislərdən istədiyi məbləğ məlum olub. Sarı-qırmızılı rəhbərlik Barış üçün 50 milyon avro transfer haqqı müəyyən edib. Gələn həftə tərəflər arasında danışıqların başlayacağı gözlənilir.

Qeyd edək ki, Barış Alper Yılmaz ötən mövsüm “Qalatasaray”ın heyətində 49 oyuna çıxıb. O, 12 qol vurub və 16 qolun ötürməsini verib.