Pakistanın Svat bölgəsinin Kabal qəsəbəsində yerləşən polis bölməsinin qarşısında terror aktı törədilib.
Metbuat.az xəbər verir ki, “Dawn” qəzetinin xəbərinə görə, terrorçu kamikadzenin özünü partlatması nəticəsində azı 14 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.
Terrorçu polis əməkdaşları onu polis bölməsinin girişində saxlayaraq üzərində axtarış aparmaq istədikdən sonra üzərindəki partlayıcı qurğunu işə salıb. Ölənlərdən 4-ü polis əməkdaşıdır.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.