Bu ilin yanvar-iyun aylarında Azərbaycana kakao idxalı 73,3 milyon dollar dəyərində olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, hesabat dövründə ölkənin kakao idxalına çəkdiyi xərc illik müqayisədə 0,5% azdır.

Hesabat dövründə Azərbaycandan 8,4 milyon dollarlıq kakao ixrac edilib.