Türkiyə qadın voleybolçulardan ibarət milli komandası 2026-cı il FIVB Millətlər Liqasının yarımfinalında ev sahibi Çinə inamlı qələbə qazanaraq finala vəsiqə əldə edib.

Metbuat.az xəbər verir ki, "Filenin Sultanları" ləqəbli komanda rəqibini 3:0 (set hesabı ilə) məğlub edərək həlledici oyuna yüksəlib.

Türkiyə millisi çempionluq uğrunda keçiriləcək final görüşündə Braziliya ilə qarşılaşacaq. Final oyunu iyulun 26-da baş tutacaq.

Türkiyə yığması Millətlər Liqasında növbəti dəfə çempion olmaq üçün mübarizə aparacaq.