ABŞ prezidenti Donald Tramp iki il sonra ölkəsində keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Metbuat.az xəbər verir ki, bu bəyanatla dövlət başçısı özü çıxış edib. Tramp dördüncü dəfə prezidentliyə namizəd olacağını açıqlayıb.

Ötən gün Ağ Evdə jurnalistlərlə görüşən ABŞ lideri qələbəsinə indidən əmin olduğunu vurğulayıb. Tramp "İndiyə kimi qatıldığım bütün seçkilərdən qalib ayrılmışam. Mən bu işi çox yaxşı bacarıram. Növbəti seçkilərdə qələbəm asan olacaq. Bizə qələbə yaraşır", - deyib.

Prezident əhali arasında reytinqinin yüksək olduğunu iddia edərək, rəqiblərindən qorxmadığını bildirib.