Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) 24 və 25 iyul tarixlərində ölkə ərazisində elektrik enerjisinin kəsilməsinə görə təxribat maddəsi ilə istintaqa başlayıb.

Metbuat.az xəbər verir ki, DTX-nin yaydığı məlumatda deyilir ki, ölkə daxilində təkrarlanan təsadüfi elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə istintaq başlayıb.

"Maddə Gürcüstanın dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə dövlət müəssisəsinin və ya digər vacib obyektlərin normal fəaliyyətini pozmaq və ya onlara zərər vurmaq/məhv etmək nəzərdə tutulur".