Göyçayda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saat 22:00 radələrində Mirzə Ələkbər Sabir küçəsinin kəsişməsində qeydə alınıb.
Sorğumuza cavab olaraq DİN-dən bildirilib ki, hərəkətdə olan "Vaz-2107" markalı avtomobil qarşı tərəfdən gələn digər "Vaz-2107" markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində 42 yaşlı Abbasova Gülnarə və avtomobildə olan 1 yaşlı körpə xəsarət alıb. Qəza yerinə təcili tibbi yardım avtomobili göndərilib.
Yaralılar təcili olaraq Göyçay rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.