Fransada banklar artan xərclər və nağd puldan istifadənin azalması səbəbindən bankomat sistemində dəyişiklik etməyə başlayıblar.

Metbuat.az xəbər verir ki, ölkənin aparıcı bankları fərdi bankomatlardan imtina edərək "Cash Services" adlı ortaq şəbəkəyə keçid edirlər. Yeni sistemdə müxtəlif bankların müştəriləri eyni bankomatdan istifadə edərək öz banklarının xidmətlərinə çıxış əldə edə biləcəklər. Məlumata görə, layihə çərçivəsində son bir ildə ölkə üzrə təxminən 1800 bankomat istifadədən çıxarılıb. Mütəxəssislər bildirirlər ki, bu addım nağd pulun idarə olunması xərclərini azaltmaq və xidmətlərin dayanıqlığını təmin etmək məqsədi daşıyır.

Hazırda ölkədə on minlərlə bankomat və nağd pul çıxarma xidməti göstərən kommersiya məntəqəsi fəaliyyətini davam etdirir.