"Beşiktaş"ın misirli ulduz Məhəmməd Salahın transferi üçün danışıqlarda irəliləyiş əldə etdiyi iddia olunur.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı futbolçu ilə şəxsi şərtlər üzrə razılığa gəlib. Ərəb idman qəzeti "Winwin"in məlumatına görə, "Beşiktaş" Salahın agenti Rami Abbasla komissiya məsələsində də müəyyən razılıq əldə edib. Klub rəhbərliyinin bu transferi yekunlaşdırmaq üçün son mərhələdə olduğu qeyd olunur.
Qeyd edək ki, ötən mövsüm "Liverpul"un heyətində 41 oyuna çıxan Salah 12 qol vurub və 10 məhsuldar ötürmə edib. Ulduz futbolçu ilə ABŞ və Səudiyyə Ərəbistanından olan klubların da maraqlandığı bildirilir.