"Barselona" müdafiə xəttini gücləndirmək üçün "Atletik Bilbao"nun futbolçusu Aymerik Laportu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Kataloniya təmsilçisi 32 yaşlı ispaniyalı mərkəz müdafiəçisinin nümayəndələri ilə əlaqə saxlayaraq futbolçunu heyətinə qatmaq istədiyini irəli sürəcək. İddialara görə, Laportun müqaviləsində yer alan sərbəstqalma məbləği 15 milyon avrodan aşağıdır ki, bu da "Barselona" üçün transferi maliyyə baxımından əlçatan edir. Laportun 2026 Dünya Çempionatında Pau Kubarsi ilə uğurlu tandem yaratması "Barselona" rəhbərliyində müsbət təəssürat yaradıb və təcrübəli müdafiəçi Hansi Flikin müdafiə xətti üçün əsas namizədlərdən biri hesab olunur.