"Real Madrid"in və Braziliya milli komandasının hücumçusu Vinisius Junior estetik əməliyyatla imicini yeniləyib.

Metbuat.az xəbər verir ki, Braziliya millisinin Dünya Çempionatındakı çıxışını başa vurduqdan sonra istirahətə yollanan 24 yaşlı futbolçu çənə nahiyəsində estetik əməliyyat etdirib.

Vinisius Junior əməliyyatdan sonra ilk dəfə ictimaiyyət qarşısına yeni siması ilə çıxıb. Futbolçunun üz cizgilərindəki nəzərəçarpacaq dəyişiklik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hətta bəzi azarkeşlər onu ilk baxışdan tanımaqda çətinlik çəkdiklərini bildiriblər.

Braziliyalı futbolçunun sevgilisi Virciniya Fonseka da yeni görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Qısa müddətdə minlərlə bəyənmə toplayan fotolar izləyicilər arasında geniş maraq doğurub.