Macarıstanın dünya şöhrətli şahmatçısı, tarixin ən güclü qadın şahmatçısı hesab edilən Judit Polqar baş nazir Peter Macarın prezidentliyə namizəd olmaq təklifini qəbul etməyib.
Metbuat.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Polqar jurnalistlərə açıqlamasında bildirib ki, hazırda dərin siyasi qütbləşmənin yaşandığı Macarıstanda cəmiyyəti birləşdirmək kimi böyük məsuliyyəti üzərinə götürməyə hazır deyil. O qeyd edib ki, indiyədək siyasətdən uzaq durmağa üstünlük verib və bundan sonra da fəaliyyətini siyasi bitərəfliyini qoruyaraq şahmatın inkişafına, təhsilə və gənc nəslin dəstəklənməsinə həsr edəcək.
Əfsanəvi şahmatçı göstərilən etimada görə təşəkkür edib və ölkəsinə xidmətini bundan sonra da öz sahəsində, bitərəf mövqedən davam etdirəcəyini vurğulayıb.