Astroloqların proqnozlarına görə, bu həftə bəzi bürcləri mühüm yeniliklər və uğurlu dəyişikliklər gözləyir.
Metbuat.az xəbər verir ki, planetlərin hazırkı düzülüşünə əsasən, xüsusilə Oxatan, Dolça və Balıqlar bürcləri ön plana çıxır.
Oxatan – Xarici ölkələrlə bağlı işlər, səfərlər və beynəlxalq layihələr üçün əlverişli dövr başlayır. Uzun müddətdir həllini gözləyən məsələlərin müsbət nəticələnəcəyi bildirilir.
Dolça – Karyera sahəsində yeni imkanlar yarana bilər. Xüsusilə texnologiya və rəqəmsal layihələrlə məşğul olanlar üçün uğurlu həftə proqnozlaşdırılır.
Balıqlar – Münasibətlərdə anlaşılmazlıqların aradan qalxacağı, subayların isə yeni tanışlıq şansı əldə edəcəyi qeyd olunur. Maliyyə baxımından da gözlənilməz müsbət xəbərlər mümkündür.