"Liverpul" macar yarımmüdafiəçi Dominik Soboslai ilə yeni müqavilə bağlamaq üçün razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, tərəflər 5 illik yeni sözləşmənin bütün şərtlərini razılaşdırıblar.

Qeyd edək ki, son aylarda Dominik Soboslainin adı "Real Madrid"lə hallanırdı. Lakin futbolçu gələcəyini "Liverpul"da görməyə üstünlük verib və klubun yeni layihəsinin əsas simalarından biri olmağa razılıq verib. 2023-cü ildən Mersisayd təmsilçisinin formasını geyinən 24 yaşlı futbolçu ötən mövsüm komandanın ən sabit çıxış edən oyunçularından biri olub.