Sakit okeanın mərkəzində yerləşən və "Nemo nöqtəsi" kimi tanınan ərazi Yer üzünün qurudan ən uzaq nöqtəsi hesab olunur.
Metbuat.az xəbər verir ki, bu nöqtədən ən yaxın quru sahəsinə qədər olan məsafə təxminən 2688 kilometrdir. Buna görə də Nemo nöqtəsi dünyanın ən təcrid olunmuş yeri kimi tanınır.
Maraqlıdır ki, Beynəlxalq Kosmik Stansiya bu ərazinin üzərindən keçdiyi zaman stansiyadakı astronavtlar Nemo nöqtəsinə Yer səthindəki bütün insanlardan daha yaxın olurlar. Həmin an astronavtlarla bu nöqtə arasındakı məsafə təxminən 400 kilometr təşkil edir.