Amerikalı reper P.Diddy (Şon Kombs) Mayaminin nüfuzlu Star-Aylend adasında yerləşən dəbdəbəli malikanəsini 55 milyon dollara satıb.

Metbuat.az xəbər verir ki, TMZ-nin yaydığı məlumata görə, satış açıq bazara çıxarılmadan, tərəflər arasında birbaşa razılaşma əsasında həyata keçirilib. Bildirilir ki, alıcı sövdələşməni maliyyələşdirmək üçün 18,5 milyon dollar məbləğində ipoteka krediti götürüb.

Qeyd edək ki, Şon Kombs 2025-ci ilin oktyabrında insanları fahişəliyə cəlb etmək məqsədilə daşınmasına görə təqsirli bilinərək dörd ildən çox müddətə azadlıqdan məhrum edilib.

Bundan əvvəl, 2025-ci ilin iyulunda isə andlılar heyəti onu insan alveri və reketçilik kimi daha ağır ittihamlar üzrə təqsirsiz hesab etmişdi. Bu ittihamlar sübuta yetirilsəydi, reperi ömürlük həbs cəzası gözləyə bilərdi.