Futbol üzrə dünya çempionatında İngiltərə Norveçə qalib gəlib.
Metbuat.az xəbər verir ki, Mayami stadionunda keçirilən matçda ingilislər 2:1 hesablı qələbə qazanıblar.
Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.
İngilislərin heyətində Cud Bellinqem (45+2, 93) dubl edib. Skandinaviyalıların tək qolu isə Andreas Şelderuldan (36) gəlib.
Qeyd edək ki, İngiltərə seçməsi yarımfinalda Argentina - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq