ABŞ-ın iyulun 8-9-da İranın 6 əyalətini bombalaması insan itkisinə və dağıntılara səbəb olub.

Metbuat.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyin Kermanpur məlumat verib. Nazirlik rəsmisi hücum nəticəsində 17 dinc sakinin həyatını itirdiyini bildirib. Ölənlərdən birinin qadın olduğu açıqlanıb.

Bombardman nəticəsində yaralananların sayı isə 115 nəfər olub. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.