İspaniyanın "Barselona" klubu "Qalatasaray"ın futbolçusu Viktor Osimenin xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, bu iddia ilə İspaniya mediası çıxış edib. Xarici KİV hücum xəttini gücləndirmək istəyən Avropa nəhənginin nigeriyalı ulduzun namizədliyi üzərində dayandığını yazıb. "Barselona" rəsmilərinin danışıqlar aparmaq üçün gələn həftə İstanbula gedəcəyi bildirilir.
Türkiyə mətbuatı mövzuya dair maraqlı məlumat yayıb. Yerli KİV-in xəbərinə görə, "Qalatasaray" rəhbərliyi Osimenin İspaniya klubuna keçidinə isti yanaşmır. Türk mediası iddia edib ki, "Barselona" Osimen üçün ən azı 150 milyon avro ödəməsə, sarı-qırmızılı rəhbərlik onun transferinə razılıq verməyəcək.