İstanbulun "Qalatasaray" klubu daha bir ulduz futbolçunu heyətinə cəlb etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, Türkiyə mediası adı gizli saxlanılan oyunçunun kimliyini öyrənə bilib. Sarı-qırmızılı rəhbərliyin "Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverdenin keçidi üçün İspaniya nəhəngi ilə danışıqlar apardığı məlum olub.

Xarici media 27 yaşlı Valverdenin bazar qiymətini açıqlayıb. İspaniya klubunun ulduz futbolçunun transferi üçün 90 milyon avro tələb etdiyi bildirilir.

"Qalatasaray" rəhbərliyinin bu məbləği ödəmək üçün bütün imkanları səfərbər etdiyi deyilir. İstanbul klubunun hava limanında Valverde üçün izdihamlı qarşılanma mərasimi təşkil edəcəyi gözlənilir.