Cənubi Afrika Respublikası (CAR) millisinin və "Mamelodi Sandauns" klubunun yarımmüdafiəçisi Ceyden Adamsın FIFA Dünya Çempionatından qayıtdıqdan bir neçə gün sonra dünyasını dəyişib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun depressiyadan əziyyət çəkdiyi və bu səbəbdən intihar etdiyi bildirilir.

Qeyd edək ki, C. Adams CAR yığmasının heyətində dünya çempionatında üç qarşılaşmada meydanda olub.