Masallı rayonunda atdan yıxılan 49 yaşlı kişi ölüb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Ninalov kəndinin ərazisində baş verib.

Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əbilov ehtiyatsızlıqdan atdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.