İran ABŞ-ni iki ölkə arasında əldə olunan razılaşmanı pozmaqda ittiham edib.
Metbuat.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə hesabında paylaşım edərək Vaşinqtonun iyunun 14-də əldə olunan qarşılıqlı anlaşma memorandumundan irəli gələn öhdəliklərini yerinə yetirmədiyini bildirib.
Ərakçi İranın razılaşmanın şərtlərinə əməl etdiyini vurğulayaraq ABŞ Maliyyə Nazirliyinin addımlarının memorandumun 9-cu bəndini pozduğunu iddia edib.
Nazir qeyd edib ki, bu addım ABŞ-nin əvvəlki pozuntularının davamıdır və əlavə edib ki, razılaşmanın icrası yalnız tərəflərin qarşılıqlı öhdəliklərə əməl etməsi ilə mümkündür.