Portuqaliya millisinin yeni baş məşqçisi təyin olunan Jorji Jezuş Kriştianu Ronaldonun yığmadakı gələcəyi ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, daha əvvəl Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunu çalışdıran təcrübəli mütəxəssis Ronaldonun milli komandadakı vəziyyəti ilə bağlı onunla hələ danışmadığını bildirib.

Qeyd edək ki, DÇ-2026-nın 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlubiyyətdən sonra 41 yaşlı hücumçu bunun onun üçün son dünya çempionatı olduğunu açıqlamışdı. Lakin Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurduğunu rəsmən təsdiqləməyib.