Azərbaycanın siyasi arenasında və parlament mühitində uzun illərdir fəaliyyət göstərən, qanunverici orqanın ən təcrübəli siması akademik Ziyad Səmədzadə hazırda ölkənin fəal siyasətdə olan ən yaşlı deputatıdır.

Metbuat.az xəbər verir ki, 1940-cı il iyunun 25-də anadan olan Ziyad Səmədzadə, VII çağırış Milli Məclisin rəsmən ən qocaman deputatı statusunu daşıyır. Hətta parlamentin daxili nizamnaməsinə uyğun olaraq, yeni çağırışın ilk açılış iclasına da məhz o, ən yaşlı üzv kimi sədrliyi həyata keçirib.

Fotoda: Ziyad Səmədzadə

Ziyad Səmədzadə təkcə müstəqillik dövründə deyil, həm də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilən tarixi Ali Sovet sessiyasında (18 oktyabr 1991-ci il) da iştirak edib. O, həmin sessiyada iclasın sədri olub.