İsmayıllıda avtomobil ayını vuraraq öldürüb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gecə Qaraməryəm–İsmayıllı–Şəki magistral avtomobil yolunun Basqal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, turizm şirkətinə məxsus avtomobil hərəkətdə olarkən qəfil yola çıxan ayını vurub. Nəticədə ayı tələf olub, nəqliyyat vasitəsinə isə ciddi ziyan dəyib.

Qeyd edək ki, son günlər İsmayıllının Tircan və Maçaxı kəndlərində də ayıların yaşayış məntəqələrinə yaxınlaşması halları müşahidə olunur. Kənd sakinləri bildirir ki, ayılar son vaxtlar kəndə daxil olaraq taxıl sahələrinə və meyvə bağlarına ziyan vurur.

Onların sözlərinə görə, son günlər ayıların sayı da artıb.

Davud Tarverdiyev / Metbuat.az