Göyçayda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Metbuat.az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində Göyçay-Ucar avtomobil yolu istiqamətində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil digər hərəkət iştirakçısı "VAZ-2106" markalı minik maşını ilə toqquşaraq yol kənarında olan işıq dirəyinə çırpılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin verilən məlumata görə, qəza nəticəsində bir nəfər xəsarət alıb. Minik maşınlarına isə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Davud Tarverdiyev / Metbuat.az