Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 9 milyard 295,2 milyon manat investisiya yönəldilib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,8 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 5,5 % artaraq 6 milyard 131,6 milyon manat təşkil edib.