Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32 milyard 388,8 milyon manat mal satılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 % artıb.
Xatırladaq ki, yanvar-may aylarının yekununda ölkədə pərakəndə ticarət dövriyyəsi 3,8 % böyümüşdü.