"Qalatasaray" yay transfer pəncərəsində ilk keçidini reallaşdırmağa yaxındır.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" "Bernli" klubunun futbolçusu Lesli Uqoçukvu ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib. Klublar arasında danışıqlar yekunlaşmaq üzrədir. Məlumata görə, "Qalatasaray" 21 yaşlı yarımmüdafiəçini əvvəlcə icarəyə götürəcək. Müqaviləyə əsasən, klub "Bernli"yə 2 milyon avro icarə haqqı ödəyəcək. Futbolçu müəyyən sayda oyunda meydana çıxarsa, 26 milyon avroluq məcburi satınalma maddəsi qüvvəyə minəcək.
Qeyd edək ki, Lesli Uqoçukvu ötən mövsüm 38 oyunda iştirak edib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.