"Qarabağ" Avropa Liqasına inamlı qələbə ilə başlayıb.

Metbuat.az xəbər verir ki, UEFA Avropa Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsində "Qarabağ" doğma meydanda İslandiyanın "Vestri" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Azərbaycan çempionunun 3:0 hesablı üstünlüyü ilə başa çatıb. Ağdam təmsilçisinin qollarını 30-cu dəqiqədə Zakaria Savo, ilk hissəyə əlavə olunmuş vaxtda Abdullah Zubir, 86-cı dəqiqədə isə Renaldo Sefas vurub.

Bu nəticə ilə Qurban Qurbanovun komandası cavab oyunu öncəsi ciddi üstünlük əldə edib. Komandalar arasında ikinci qarşılaşma iyulun 17-də İslandiyada keçiriləcək. Bu cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün güclüsü ilə üz-üzə gələcək.