UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda üçüncü qol vurulub.

Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0. 86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

21.01

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda ilk hissə başa çatıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 2:0.

30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

20.38

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən "Qarabağ" – "Vestri" (İslandiya) qarşılaşmasında hesabı Azərbaycan çempionu açıb.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi matçın 30-cu dəqiqəsində Zakaria Savonun qolu ilə önə keçib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

20.19

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyunu başlayıb.

Metbuat.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitaridir.Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.