Yürgen Klopp Almaniya Futbol İttifaqı (DFB) ilə razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, tərəflər müqavilənin bütün şərtlərini razılaşdırıblar. "Sky Sport"un məlumatına görə, yeni sözləşmə 2030-cu ilə qədər qüvvədə olacaq. Bildirilir ki, razılaşma Mərakeş, Portuqaliya, eləcə də İspaniyanın birgə ev sahibliyi edəcəyi 2030-cu il dünya çempionatını da əhatə edir.

Məlumata görə, hazırda "Red Bull"un qlobal futbol üzrə rəhbəri kimi çalışan almaniyalı mütəxəssisin şirkətlə yollarını ayırması da həllini tapıb.