Bu ilin I yarısında Azərbaycanda işsizlikdən sığorta daxilolmaları 122,1 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.

İşsizlikdən sığorta daxilolmaları proqnozu 106,1% icra edilib.

Yanvar-iyun aylarında işsizlikdən sığorta haqlarının 92,5 milyon manatı qeyri-büdcə sektorundan toplanılıb. Bu isə 1 il əvvələ nisbətən 11,05% çoxdur.