Gədəbəydə 61 yaşlı qadının meyiti tapılıb.
Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çalburun kəndində qeydə alınıb.
Kənd sakini Pəri İsak qızı Quliyevanın meyiti yaşadığı evin həyətində tapılıb.
Hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.