Türkiyə Super Liqasının iddialı klublarından olan “Beşiktaş”da uzun illər davam edən bir dövr rəsmən yekunlaşıb. İstanbul təmsilçisi komandanın qapıçısı Ersin Destanoğlu ilə müqavilə müddətinin başa çatması səbəbindən yollarını ayırdığını elan edib.

Metbuat.az xəbər verir ki, 2013-cü ildə klubun akademiyasına daxil olan və tam 13 mövsüm “qara qartallar”ın heyətində çıxış edən 25 yaşlı qolkiperlə vidalaşma idman ictimaiyyətində böyük maraq oyadıb.

Klub rəhbərliyi gənc qapıçıya komandaya verdiyi fədakar əməyə və qazanılan uğurlardakı xidmətlərinə görə təşəkkür edib. “Beşiktaş”ın yetirməsi olan və əsas komanda ilə çempionluq sevinci yaşayan Destanoğluna gələcək karyerasında uğurlar arzulanıb. Bu rəsmi açıqlama ilə həm futbolçu, həm də uzun illərdir onun inkişafını izləyən azarkeşlər üçün duyğusal bir vida gerçəkləşib.

Ersin Destanoğlunun bundan sonra karyerasını türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu “Hull City” klubunda davam etdirəcəyi bildirilir.