UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə” və Gürcüstanın “Torpedo” komandaları arasında Sumqayıtda keçirilən ilk oyun keçirilib.

Metbuat.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda oynanılan görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 32-ci dəqiqədə Ruan Renato açıb. Davit Volkov 47-ci dəqiqədə tablodakı rəqəmləri 2:0 edib. Matçda son nöqtəni penaltidən dublunu rəsmiləşdirən Ruan Renato qoyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da Gürcüstanda olacaq.

22.58

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi Zirə FK doğma meydanda Gürcüstanın FC Torpedo Kutaisi komandası ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, görüşə fəal başlayan "Zirə" hesabı 32-ci dəqiqədə açıb. Braziliyalı müdafiəçi Ruan Renato fərqlənərək komandasını önə çıxarıb və ilk hissə Azərbaycan təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissənin əvvəlində meydan sahibləri üstünlüyünü daha da artırıblar. David Volkov 48-ci dəqiqədə rəqib qapısına yol taparaq hesabı 2:0 edib.

Beləliklə, "Zirə" UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk görüşündə "Torpedo" üzərində 2:0 hesablı qələbə qazanaraq cavab oyunu öncəsi üstünlük əldə edib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da Gürcüstanda keçiriləcək.

21.12

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) oyunu başlayıb.

Metbuat.az xəbər verir ki, qarşılaşma Sumqayıt şəhər stadionunda keçirilir. Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiyadır.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.