Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 17 milyon 50,4 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.

DVX bildirir ki, Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilir.