Misir millisinin futbolçusu Mostafa Ziko Argentinaya 2:3 hesablı məğlubiyyətdən sonra hakim idarəçiliyini sərt tənqid edib.
Metbuat.az xəbər verir ki, Misir 1/8 finalda 2:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyərək Dünya Çempionatı ilə vidalaşıb. Qarşılaşmadan sonra danışan Ziko hakim qərarlarının oyunun taleyinə təsir etdiyini iddia edib. O, "Bu oyun sanki əvvəlcədən qurulmuşdu. Biz 2:0 hesabı ilə öndə idik, amma hakim daim bizə qarşı qərarlar verirdi. Belə görünür ki, Argentinanı indidən növbəti Dünya Kuboku çempionluğu münasibətilə təbrik etmək lazımdır. Hakim ədalətli davranmırdı" - deyə bildirib.
Qeyd edək ki, Argentina geridönüş edərək 3:2 hesablı qələbə qazanıb və dörddəbir finala yüksəlib.