UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyun başa çatıb.

Metbuat.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Velko Simiç və Kahim Parris vurublar.

"Sabah"ın heyətində 90+2-ci dəqiqədə Stiv Solvet meydandan qovulub.

Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.

21:51

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyunda ikinci qol vurulub. “Bank Respublika Arena”da oynanılan görüşün 84-cü dəqiqəsində Kahim Parris diqqət mərkəzinə düşüb - 2:0.

Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.

21:34

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyunda hesab açılıb. “Bank Respublika Arena”da oynanılan görüşün 66-cı dəqiqəsində Masazır təmsilçisinin heyətində Velko Simiç fərqlənib - 1:0.

Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.

21:08

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyunda ikinci hissə başlayıb.

Metbuat.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüşün ilk yarısından sonra hesab açılmayıb - 0:0.

Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.

20:50

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyunda birinci hissə başa çatıb.

Metbuat.az xəbər verir ki, komandalar “Bank Respublika Arena”da oynanılan görüşün fəsiləsinə qolsuz heç-heçə ilə yollanıb - 0:0.

Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.

20:01

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında ilk oyun başlayıb.

Metbuat.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüş saat 20:00-da start götürüb. Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.